Zakir Həsənov “Üç qardaş – 2021” təliminin yüksək səviyyədə keçirilməsinə dair göstəriş verib

Zakir Həsənov “Üç qardaş - 2021” təliminin yüksək səviyyədə keçirilməsinə dair göstəriş verib



Zakir Həsənov Uc qardas 2021 təliminin yuksək səviyyədə kecirilməsinə

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş – 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.





Mənbə: https://report.az/herbi-xeberler/mudafie-nazirliyinin-rehberliyi-uc-qardas-2021-telimine-hazirliq-isleri-ile-tanis-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.