Zelenski: Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə ilə birlikdə olacaq

Zelenski: Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə ilə birlikdə olacaq



Zelenski Ukrayna xalqi bu cətin zamanda dost Turkiyə ilə birlikdə

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə baş verən meşə yanğınları ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Report”un məlumatına görə, Ukrayna rəhbəri bu barədə özünün tvitterdəki hesabında yazıb.

“Dostum, prezident Rəcəb Tayyib Ərdoğana böyük yanğınla əlaqədar başsağlığımı çatdırdım. Yanğın əleyhinə təyyarəmiz sabah (bu gün-red) Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə xalqı ilə birlikdə olacaq”, – Zelenski sosial şəbəkədəki hesabında yazıb.





Mənbə: https://report.az/region-xeberleri/zelenski-yangin-eleyhine-teyyaremiz-turkiyeye-ucacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.